SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada nümunəvi təsərrüfat sahiblərinə ödənişsiz texnikalar verilib

Muxtar respublikada nümunəvi təsərrüfat sahiblərinə ödənişsiz texnikalar verilib
1-05-2020, 12:40

“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən muxtar respublikaya bu il tələbata uyğun olaraq 5 ədəd südsağan qurğu gətirilib. Texnikalar 1200 manata lizinq, nağd və köçürmə yolu ilə sahibkarlara təklif edilir. Alınan texnikalar dünyanın qabaqcıl ölkələrin istehsalıdır.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,kiçik ailə təsərrüfatları üçün nəzərdə tutulan avadanlıqlardan bir neçəsi nağd ödəmə yolu ilə satılıb. O cümlədən bu texnikalar Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramına cəlb edilən nümunəvi təsərrüfat sahiblərinə də ödənişsiz olaraq verilir.

 Südsağan qurğu ilə təmin edilən ailə təsərrüfatçısı Həsən Cəfərov dövlətimizə minnətdarlığını bildirərək qeyd edib ki, südsağan avadanlıqların istifadəsindən sonra sağılan südün miqdarı da artıb.

Kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Həyata keçirilən bu tədbirlər aqrar sahənin, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının daha bir nümunəsidir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri bu il martın 18-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınan yeni kənd təsərrüfatı texnikalarına baxış keçirən zaman kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, sahibkarların tələbatına uyğun kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin alınıb gətirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930