SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan manatının dövretmə sürəti artıb

Azərbaycan manatının dövretmə sürəti artıb
30-04-2020, 16:11

Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,46 bənd təşkil edib.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,34 bənd çox, yanvarın 1-nə nisbətən 0,02 bənd, ötən ilin aprelin 1-nə nisbətən isə 0,61 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930