SON DƏQQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada tütün əkininə başlanılıb

Muxtar respublikada tütün əkininə başlanılıb
30-04-2020, 14:21

Muxtar respublikada tütün əkinlərinə start verilib. İstixana şəraitində yetişdirilən tütün şitilləri əraziyə köçürülür.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Kəngərli rayonunun Xıncab və Təzəkənd ərazisində 5 hektar sahədə “İzmir” və “Virciniya” sortundan olan tütün əkilib. Ərazinin relyefi nəzərə alınaraq, tütün əkilməsi üçün əvvəlcədən torpaq hazırlıq işləri görülüb. Əkin işləri mexaniki üsulla həyata keçirilir. 25 kənd sakini burada mövsümi işlə təmin olunub.

Qeyd edək ki, “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il muxtar respublikada 50 hektar sahədə tütün əkini aparılıb. Sahələrdən 96 ton quru tütün əldə olunub. Bu il də muxtar respublikada 50 hektar sahədə tütün əkinlərinin aparılması nəzərdə tutulub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930