SON DƏQQƏ

naxcivanxeberleri.com

Daha 100 min nəfər üçün birdəfəlik ödəniş köçürüldü

Daha 100 min nəfər üçün birdəfəlik ödəniş köçürüldü
30-04-2020, 14:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) aidiyyəti üzrə bank və poçt filallarına köçürüb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, nazirlikdən verilən məlumata görə, vəsaiti köçürülən şəxslərə bu ödəməni almaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə SMS göndərilir.

Onlara mesaj gəldikdən sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, bank göstərilibsə, həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət etməklə birdəfəlik ödəməni ala bilərlər.

Aprelin 9-dan birdəfə ödənişlərin verilməsinə başlanıb. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb. Hazırda ödənilən maliyyənin ümumi məbləği 95 milyon manatdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930