SON DƏQQƏ

naxcivanxeberleri.com

"Atabank" və "Amrah Bank"ın lisenziyasının ləğvi koronavirus və neftin ucuzlaşması ilə əlaqəli deyil

"Atabank" və "Amrah Bank"ın lisenziyasının ləğvi koronavirus və neftin ucuzlaşması ilə əlaqəli deyil
29-04-2020, 00:49

Lisenziyası ləğv edilmiş "Atabank" və "Amrah Bank"ın problemləri yeni deyil və koronavirus (COVID-19) pandemiyası, neftin ucuzlaşması ilə əlaqəsi yoxdur.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Azərbaycan Televiziyasına müsahibəsində Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Sədr bildirib ki, "Atabank"da uzun müddətdir ki, problemlər var idi, əmanətçilər pullarını geri ala bilmirdi:

"Mən dəfələrlə bu bank barədə fikrimi bildirmişdim və demişdim ki, "Əmanətlərin tam sığortalanması haqqında" qanunun müddəti uzadılan kimi əmanətçilərə pullarını geri götürmək imkanı yaradılacaq. Bankların problemləri Maliyyə Sabitliyi Şurasında müzakirə olundu və Mərkəzi Banka müəyyən tövsiyələr verildi, həmin tövsiyələr əsasında biz lisenziyaları ləğv etdik. Qısa müddətdə əhaliyə əmanətlərinə çıxış imkanı yaradacağıq, həmin pulları ölkənin sabit banklarından birinə köçürəcəyik, əhali həmin bankda pulunu bundan sonra saxlaya da bilər, götürə də bilər".

 

Baş bankir vurğulayıb ki, bankların əmanətçilərinin vəsaitlərinin qaytarılması dövlət büdcəsi hesabına olmayacaq:

"Hər iki bank Azərbaycan Əmanətlərinin Sığortalanması Fondunun üzvüdür. Vəsaitlərin qaytarılması ödənilən üzvlük haqqı hesabına olacaq. Bu problem bankların konsalidasiya edilmiş öhdəliyidir. Qanunla fondda vəsait olmasa, kredit almaq üçün Mərkəzi Banka müraciət edəcəklər. Biz onlara müvəqqəti kredit verəcəyik. Bağlanmış bankların aktivlərinin reallaşmasından əldə edilmiş vəsaitlər hesabına kreditləri geri ödəyəcəklər. 4-5 il ərzində verilmiş kreditlərin geri qaytarılması imkanı var".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930