SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərəkdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tarla-seminar müşavirə keçirilib

Sədərəkdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən  tarla-seminar müşavirə keçirilib
14-02-2019, 16:25

Sədərək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə rayonda "Əkin sahələrində siçan və siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizənin əhəmiyyəti" mövzusunda tarla-seminar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Pərvin Həsənov açaraq bildirib ki, muxtar respublikada havaların mülayim keçməsi taxıl sahələrində siçan və siçanabənzər gəmiricilərin vurduqları zərərlər genişlənmişdir. Bu səbəbdən də qərara alınıb ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunaraq əkin sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılmasına dair tarla-seminar müşavirə keçirilib. Müşavirədə iştirak edən nazirliyin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin əməkdaşları Əsgər Həsənov, Yaşar Quliyev və Səməddin Əsgərov hər bir gəmiricilərin xarakterik xüsusiyyətlərinin təhlilini keçirib, kimyəvi mübarizə tədbiri olaraq Sinq-fosfid preporatından istifadə edilərək aldadıcı yemin hazırlanması və əyani şəkildə mübarizə tədbirlərinin hansı qaydada aparılması haqqında ətraflı izah verilib. Kimyəvi mübarizə aparılan zaman təhlükəsizlik qaydalarına ciddi əməl olunması diqqətə çatdırılıb.
Sonda müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislər tərəfindən hazırlanan buklet informasiya kitabçaları torpaq mülkiyyətçilərinə təqdim olunub.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031