SON DƏQQƏ

naxcivanxeberleri.com

Avropada turizmi dirçəltmək üçün plan hazırlanacaq

Avropada turizmi dirçəltmək üçün plan hazırlanacaq
27-04-2020, 20:00

Avropa İttifaqı (Aİ) koronavirus pandemiyasından sonrakı dövrdə turizm sektorunu dəstəkləmək üçün tədbirlər planı hazırlamalıdır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə üzv ölkələrin aidiyyatı nazirləri arasında bu gün keçirilən videokonfransdan sonra Avropa İttifaqı Şurasının verdiyi açıqlamada bildirilir:

“Nazirlər pandemiyadan sonra turizmin səmərəli şəkildə bərpası üçün həm milli, həm də Avropa miqyasında görülməsi vacib olan yeni qabaqcıl tədbirlərin lehinə fikir bildiriblər”.

Qeyd edək ki, hazırda Aİ-nin ən nüfuzlu üzv ölkələri karantin rejiminin mərhələli şəkildə ləğvinə hazırlaşır. Avropa Komissiyasının tövsiyəsinə görə bu işlər tədricən görülməli, sərhədlərin açılması və səfərlərə icazə verilməsi isə ən son mərhələyə nəzərdə tutulur. Məsələn, Belçikanın karantinlə bağlı milli planı Aİ-dən kənara səyahətlərin payız aylarınadək bərpa olunmayacağı ehtimalı üzərində qurulur. Həmçinin ÜDM-in 20 faizinin turizm hesabına formalaşdığı Yunanıstanın turizm naziri Haris Teoharis də hazırkı şəraitdə turizmi dirçəltmək üçün xüsusi müvəqqəti qaydalar hazırlayacaqlarını bildirib.

Ötən gün Avropa Səyahətlər Agentliyinin (ETC) icraçı direktoru Eduardo Santander Avropada turizm sektorunu dirçəltmək üçün 375 milyard avroluq vəsaitə ehtiyac olduğunu bildirmişdi. Bunun 255 milyard avrosunun üzv ölkələrə yardıma, qalan 120 milyardının isə turizm operatorlarına yardım məqsədilə sərf olunacağını qeyd etmişdi.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930