SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda üç ayda 50 milyon tondan çox yük daşınıb

Azərbaycanda üç ayda 50 milyon tondan çox yük daşınıb
23-04-2020, 11:30

2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,8 milyon ton yük daşınıb və 2019-cu ilin müvafiq dövrünə nisbətən 0,3 faiz azalma müşahidə olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, yüklərin 3,0 faizi dəniz, 7,0 faizi dəmir yolu, 0,1 faizi hava, 58,8 faizi avtomobil nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,3 faiz azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,2 faiz təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart ayları ərzində 3,6 milyon ton yük daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 0,6 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2020-ci ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1 milyon 499,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalıb.

Hava nəqliyyatı ilə yükdaşıma 53,4 faiz artaraq 69,5 min ton olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930