SON DƏQQƏ

naxcivanxeberleri.com

Dünyada polad istehsalı azalıb

Dünyada polad istehsalı azalıb
22-04-2020, 23:18

2020-ci ilin mart ayında dünyada polad istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 147,05 milyon ton təşkil edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Dünya Polad Birliyinin hesabatında qeyd olunub.

Belə ki, cari ilin mart ayında Asiya ölkələri hasilatı 4,1% azaldaraq 105,7 milyon ton, Avropa Birliyi ölkələri isə hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 20,4% azaldaraq 12,03 milyon ton polad istehsal ediblər.

Şimali Amerika ölkələrinin polad istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4% azalaraq 9,66 milyon ton təşkil edib.

MDB ölkələri tərəfindən polad istehsalı 2020-ci ilin mart ayında 6,2% azalaraq 8,26 milyon tona çatıb. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930