SON DƏQQƏ

naxcivanxeberleri.com

Dəmir yolları ilə yükdaşımaların həcmi açıqlanıb

Dəmir yolları ilə yükdaşımaların həcmi açıqlanıb
22-04-2020, 22:37

Koronavirus pandemiyasına baxmayaraq Azərbaycan Dəmir Yollarında (ADY) yükdaşımalar fasiləsiz şəkildə həyata keçirilir.

Ötən ilin yanvar, fevral, mart və aprelin 20 günü ilə müqayisədə bu il yükdaşımaların həcmində artım müşahidə olunub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu REAL TV-yə ADY QSC-nin Yükdaşıma departamentinin rəisi Emil Əhmədov bildirib.

Departament rəisi deyib ki, qeyd olunan tarixdə ötən il 4,360 000 ton yük daşınıb, bu il isə rəqəm 4,380 000-a çatıb. Ümumi yükdaşımada 16 min ton artıq yük daşınıb:

"Bakı-Tiflis-Qars dəmir yol xətti marşrutu üzrə daşınan yüklərdə də artım var. Yükdaşımalarda artım idxal və tranzit rejimlərində mövcuddur".

E.Əhmədov bildirib ki, idxal rejimində artan yüklər un və un məhsulları, neft və neft məhsulları, meyvə və tez xarab olan yüklər, süd və süd məhsulları, şəkər və şəkərdən hazırlanan məhsullardan ibarətdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930