SON DƏQQƏ

naxcivanxeberleri.com

Neft hasilatı mayın əvvəlindən tez azaldılmayacaq

Neft hasilatı mayın əvvəlindən tez azaldılmayacaq
22-04-2020, 16:30

OPEC+ formatı çərçivəsində neft hasilatının may – iyun ayları ərzində gündəlik  9,7 milyon barel azaldılması barədə bu yaxınlarda əldə edilmiş razılaşmanın şərtləri nəzərdə tutulduğu kimi may ayının 1-dən icra olunacaq.

NAXCİVANXEBERLERİ.COM “TASS”a istinadən xəbər verir ki, mənbələrin dediklərinə görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və başqa iri neft istehsalçıları bazardakı təlaşı sakitləşdirmək üçün hasilatın azaldılmasını tezləşdirmək barədə müzakirə aparmağa ehtiyac görmür. 

Mənbələrdən biri deyib: “Biz belə qənaətdəyik ki, WTI markalı neftin ucuzlaşması müəyyən texniki və möhtəkirlik amillərinin üst-üstə düşməsi nəticəsində ortaya çıxıb. Hasilatın azaldılması təsirini göstərəndə bazar öz-özünü tənzimləyəcək”. Başqa mənbənin sözlərinə görə, aprel ayı üçün bütün tədarük müqavilələri artıq imzalandığına görə hasilatı maydan əvvəl azaltmaq mümkün olmayacaq.

Qeyd edək ki, hasilatı daha tez azaltmaq fikrini bundan əvvəl İraq neft naziri Tamir Ğabdan irəli sürmüşdü. İraqla yanaşı, bəzi ölkələrin təşəbbüsü ilə aprelin 21-də OPEC-də neft bazarındakı vəziyyətlə bağlı virtual müzakirələr aparılıb. Bu müzakirələrdə Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt kimi ölkələr iştirak etməyiblər. Həmçinin  Monitorinq Komitəsinin may ayına təyin edilmiş iclası da qətiləşməyib.

Xatırladaq ki, hasilatın azaldılmasına dair aprelin 12-də əldə edilmiş sözügedən razılaşma nəticəsində əvvəlcə bazarda artım baş verdi, “Brent” markalı neft 36 ABŞ diollarınadək yüksəldi. Lakin bu artım çox çəkmədi, eyni “Brent” markalı neft aprelin 22-dəki səhər hərracında 17 dollardan satılırdı. Şimali Amerikanın WTI markalı nefti isə 20 aprel tarixli hərraclarda ilk dəfə olaraq mənfi rəqəmlərə geriləyərək -40 dollar səviyyəsinə enmişdi. Belə bir vəziyyətin səbəbi daha çox WTI markalı neftin tədarük edildiyi Oklahoma ştatındakı Kuşinq (Cushing) neft anbarlarının ifrat həddə dolması ilə bağlıdır. Bu səhər WTImarkalı neft 10 dollar/bareldən satılırdı. Ekspertlərin fikrincə “Brent” də bolluq nəticəsində bir az da ucuzlaşa bilər, lakin mənfi rəqəmlərə enməsi ağlabatan deyil.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930