SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilib

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım müşahidə edilib
22-04-2020, 15:21

2020-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 976,7 milyon manat təşkil edib ki, onun da 929,9 milyon manatı heyvandarlıq, 46,8 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,7 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 13,4 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.

Ölkədə yaz-tarla işləri aparılır və 2020-ci il aprel ayının 1-nə kimi 115,9 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 14,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 3,6 min hektarı dən üçün qarğıdalı), 31,9 min hektar sahədə kartof, 24,2 min hektar sahədə tərəvəz, 4,2 min hektar sahədə bostan bitkiləri, 1,8 min hektar sahədə şəkər çuğunduru, 1,2 min hektar sahədə dən üçün günəbaxan, 37,8 min hektar sahədə çoxillik otlar, 0,2 min hektar sahədə birillik otlar və 0,1 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930