SON DƏQQƏ

naxcivanxeberleri.com

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdı
21-04-2020, 17:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, aprelin 20-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə 553 818 nəfərə, bu gün, aprelin 21-də isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə 162 682 nəfərə müavinət, təqaüd və kompensasiya ödənilib.

Beləliklə, 716 500 nəfərə qeyd edilən sosial təminat növləri üzrə ödənişlər edilib.

Xatırladaq ki, aprel ayının bütün pensiya ödənişləri də bu ayın 8-15-də həyata keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930