SON DƏQQƏ

naxcivanxeberleri.com

IOC azərbaycanlı idmançılara təqaüd verməyə davam edəcək

IOC azərbaycanlı idmançılara təqaüd verməyə davam edəcək
20-04-2020, 22:18

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq üçün idmançılara təqaüd verilməsini davam etdirəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Məlumatda bildirilib ki, bu qərar olimpiya həmrəyliyi çərçivəsində 185 milli olimpiya komitəsindən ümumilikdə 1600 idmançıya şamil olunub: "İdmançılara dəstək davam edəcək. 2021-ci ilə qədər ödəniləcək ümumi məbləğ 110 milyon ABŞ dolları təşkil edir".

Olimpiadaya hazırlaşan Azərbaycan idmançıları da bu imkandan yararlana biləcəklər.

Qeyd edək ki, bu il 24 iyul - 9 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan Tokio olimpiadası pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Gələn yay iyulun 23-də start götürəcək Oyunlar avqustun 8-dək davam edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930