SON DƏQQƏ

naxcivanxeberleri.com

TAP konsorsiumu layihənin reallaşdırılması barədə

TAP konsorsiumu layihənin reallaşdırılması barədə
20-04-2020, 14:03

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasının 94,1 faizi başa çatıb.

NAXCİVANXEBERLERİ.COM bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, hazırda layihənin reallaşdırılması boru kəmərinin tikintisi mərhələsi ilə davam etdirilir: "Hər gün TAP marşrutu boyunca yüzlərlə metr ərazi təmizlənir, borular qaynaq olunaraq yerləşdirilir. İşlər qrafikə uyğun davam etdirilir. 2020-ci il martın sonuna olan vəziyyətə görə, layihənin 94,1 faizi başa çatıb".

 

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930