SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda neft məhsulları istehsalı 9,6% artıb

Azərbaycanda neft məhsulları istehsalı 9,6% artıb
17-04-2020, 17:51

Bu ilin I rübündə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 816 milyon manat təşkil edib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 9,6% çoxdur.

Neft məhsullarından avtomobil benzini istehsalı 343,8 min ton, dizel yanacağı istehsalı 559,9 min ton, yanacaq mazutu istehsalı 27,6 min ton, sürtkü yağları istehsalı 6,4 min ton, neft bitumu istehsalı 54,6 min ton təşkil edib. Avtomobil benzini istehsalı 13,5%, dizel yanacağı istehsalı 8,6%, yanacaq mazutunun istehsalı 53,3%, neft bitumunun istehsalı 38,6%, sürtkü yağlarının istehsalı 30,6% artıb.

Hesabat dövründə 65,5 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 146,6 min ton ağ neft, 59,4 min ton neft koksu istehsal edilib. Neft koksunun istehsalı 2,9%, ağ neftin istehsalı 4,9%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 16,9% azalıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930