SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycan vətəndaşları ən çox İrana, Gürcüstana və Rusiyaya səfər edib

Azərbaycan vətəndaşları ən çox İrana, Gürcüstana və Rusiyaya səfər edib
17-04-2020, 14:48

Bu ilin I rübündə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azalaraq 932,5 min nəfər olub.

NAXCİVANXEBERLERİ.COM bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ölkə vətəndaşlarının 34,1%-i İrana, 30%-i Gürcüstana, 20,4%-i Rusiya Federasiyasına, 9,8%-i Türkiyəyə, 5,7%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,5%-ni kişilər, 31,5%-ni qadınlar təşkil edib.

Hesabat dövründə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8%, Türkiyəyə gedənlərin sayı 23,8%, Gürcüstana gedənlərin sayı 16,7%, Rusiya Federasiyasına gedənlərin sayı isə 13,8% azalıb.

Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,9%-i dəmir yolu və avtomobil, 16,2%-i hava, 0,9%-i isə dəniz nəqliyyatından istifadə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930