SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu il Çinin 150 qatarı Azərbaycan və Türkiyə üzərindən Avropaya hərəkət edə bilər

Bu il Çinin 150 qatarı Azərbaycan və Türkiyə üzərindən Avropaya hərəkət edə bilər
16-04-2020, 16:30

“Hazırda Çindən Avropaya və əks istiqamətdə konteynerlə yükdaşımalar davam edir və bu sahədə fasilə yaranmayıb”.

NAXCİVANXEBERLERİ.COM  xəbər verir ki, bunu "Report"a müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov bildirib.

Onun sözlərinə görə, ötən aylarla müqayisədə gələcəkdə konteynerlərin sayında artım gözlənilir: “Bu il Çin hökuməti Sian şəhərindən 150 qatarın Orta Dəhlizlə Azərbaycan və Türkiyə üzərindən Avropaya hərəkət etməsini planlaşdırır”.

Xatırladaq ki, ADY koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının almaq məqsədilə sanitariya-epidemioloji tədbirlərini gücləndirib. Ölkə ərazisinə daxil olan bütün yük qatarları insan əli dəymədən dezinfeksiya edilir. Proses həm qatarların üst hissəsini, həm də yüklər tam boşaldıldıqdan sonra daxili hissəsini əhatə edir.

Bundan başqa, bütün lokomotivçilər xüsusi geyim, dezinfeksiya aparatı və məhlullarla təmin olunub. Onlar həmin aparat vasitəsilə lokomotivləri dezinfeksiya edirlər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930