SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir

Bu il BTQ ilə yükdaşımaların ötən ilə nisbətən 50% artacağı gözlənilir
16-04-2020, 15:00

2019-cu ilin ilk 100 günündə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə 20 futluq ekvivalentində götürdükdə 1 266 konteyner, 2020-ci ilin ilk 100 günündə isə 2 148 konteyner daşınıb.

NAXCİVANXEBERLERİ.COM  xəbər verir ki, bu barədə  müsahibəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov məlumat verib. 

Onun sözlərinə görə, epidemioloji durumun sabitləşməsi şərtilə ADY bu il BTQ ilə yükdaşımaların həcminin ötən ilə nisbətən 50% artacağını proqnozlaşdırır.

“Bu xətlə yükdaşımaların həcmində 2019-cu ildə 2018-ci ilə nisbətən 20 futluq konteyner ifadəsində 43% artım olub. Vaqonlarda daşınan yükləri müqayisə etsək 2019-cu ilin ilk 3 ayında 611 vaqon – 40 min ton yük daşınmışdırsa 2020-ci ilin ilk 3 ayında 1 572 vaqon – 70 min ton yük daşınıb”, - deyə ADY rəsmisi qeyd edib. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930