SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şahbuz rayonunda ailə təsərrüfatlarının ixtisaslaşmasının əhəmiyyəti mövzusunda tədbir keçirilib

Şahbuz rayonunda ailə təsərrüfatlarının ixtisaslaşmasının əhəmiyyəti mövzusunda tədbir keçirilib
12-02-2019, 17:35 170 dəfə baxılıb

Şahbuz Rayonunun Qızıl Qışlaq kəndində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ailə təsərrüfatlarının ixtisaslaşması, yeni ailə təsərrüfatlarının yaranması mexanizmləri və müasir kənd təsərrüfat texnikalarından səmərəli istifadə edilməsinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,ailə təsərrüfatı sahiblərinin iştirak etdiyi tədbiri Sahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bayramov Məhəmməd açaraq rayonda bu sahədə göstərilən dövlət dəstəyindən və görülmüş işlər haqqında məlumat verdi.
Kənd Təsərrüfat Nazirliyinin əməkdaşı Xaliq Abbasov ailə təsərrüratlarında əkin atlaslarına uyğun əkinlərin keçirilməsi, unudulmaqda olan bitkilərin əkilməsi və bu sahələrinin genişləndirilməsinin əhəmiyyəti barədə çıxış edərək bildirib ki, ailə təsərrüfatlarının inkişaf strategiyası əkin dövriyyəsinə daxil edilən torpaq sahələrindən səmərəli istifadə olunması və muxtar respublikada əhlinin kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlıdır. Bu baxımdan 2011 –ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyyələri əsasında hazırlanmış əkin atlasları və buna uyğun olaraq ixtisaslaşmanın həyata keçirilməsi intensiv məhsuldarlığa nail olunmasının əsasını qoymuşdur. Muxtar Respublikamızda ailə təsərrüfatlarına eləcə də aqrar sahəyə göstərilən hər tərəfli Dövlət qayğısından bəhrələnən “Ailə təsərrüfatının” üzvləri kənd təsərrüfatının bütün sahələrində əkinçiliklə, heyvandarlıqla, arıçılıqla, quşçuluqla, balıqçılıqla, eləcə də kənd təsərrüfatı məhsullarının saxlanması və emalında yeni-yeni uğurlara imza atırlar. Şahbuz rayonunda da ailə təsərrüfatının inkişafına xüsusi qayğı göstərilir. Şahbuz rayonu dağlıq və dağ ətəyi bölgədə yerləşir. Muxtar respublikamızda yabanı tərəvəz və dərman bitkiləri ilə zəngin olan ərazilərdən biridə Şahbuz rayonudur. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunmuşdur. Bu gündə kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir. Məhz əhalinin bu sahəyə olan maraqları nəzərə alınaraq Tədbirlər Planında yabanı tərəvəz və dərman bitkilərinin toplanması, emalı, qurudulması, paketlənməsi və satışına dəstək verilməsi nəzərdə tutulub. Qeyd olunub ki, rayonda ailə təsərrüfatları meyvəçilik, tərəvəzçilik, kartofşuluq, arıçılıq, quşçuluq, heyvandarlıq və bəzi düzən ərazilərdə taxılçılıqla da məşğul olurlar. Əsasən də meyvəçiliyin inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Daha sonra nazirliyin əməkdaşları Lalə Məmmədlinin ,Səbuhi Həsənov və Toxumçuluq və bitkilərin mühafizəsi idarəsinin müdiri Niyamət İsayevin mövzu ətrafında çıxışları dinlənilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan buklet informasiya kitabçaları ailə təsərrüfatı sahiblərinə paylanılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728