SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 48 864 nəfərin pensiyası artacaq

Naxçıvanda  48 864 nəfərin  pensiyası artacaq
12-02-2019, 09:57 288 dəfə baxılıb

Əmək pensiyalarının müntəzəm olaraq artırılması, pensiyaların vaxtlı-vaxtında pensiyaçılara ödənilməsi, pensiya təminatı ilə bağlı müvafiq qanunların qəbul edilməsi, ölkədə fərdi uçot sisteminin qurulması və digər bu kimi işlər Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əmək pensiyaçılarına göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 07 fevral 2019-cu il tarixli sərəncamı, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır və bu sərəncam pensiya təminatında artım dinamikasının, ümumən əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin cari ildə də uğurla davam etdirildiyini təsdiq edir.
Həmin Sərəncama əsasən, əmək pensiyalarının sığorta hissəsi və fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 3 faiz artırılacaqdır.
Ölkə başçısının bu sərəncamının icra edilməsi məqsədilə, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu və şəhər və rayon şöbələri tərəfindən müəyyən işlər görülür.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,artımlar muxtar respublika üzrə 48864 nəfər əmək pensiyaçısına şamil ediləcək və pensiyalara yönəldilən aylıq vəsaitdə ümumilikdə 258,7 min manata yaxın artım olacaqdır. Muxtar respublika üzrə fərdi uçot sistemində qeydiyyatda olan 172309 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi də xüsusi proqram vasitəsilə avtomatlaşdırılmış şəkildə həyata keçiriləcəkdir. Nəticədə 26789 nəfər yaşa görə, 13178 nəfər əlilliyə görə, 8897 nəfər isə ailə başçısını itirməyə görə pensiyaçısının pensiyası artırılacaqdır.
Məlumat üçün bildirilir ki, Fond tərəfindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları, Mərkəzi Seçki Komissiyasının üzvü, Hesablama Palatasının üzvü, deputat və digər bu kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış əmək pensiyaçılarının pensiyalarında da bu Sərəncama uyğun müvafiq şərti çevrilmələr aparılmaqla müvafiq hesablamalar həyata keçiriləcək, lakin onların pensiyalarının ümümi məbləğində dəyişiklik olmayacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən indeksləşmə 1 həftə ərzində yekunlaşdırılaraq bütün növ əmək pensiyaları ürzə hesablanmış artımlar, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2019-cu ilin fevral ayının pensiya ödənişində, yanvar ayının artımları da daxil olmaqla əmək pensiyaçılarına ödəniləcəkdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728