SON DƏQİQƏ

naxcivanxeberleri.com

İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib

İİTKM: Pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib
7-04-2020, 20:38

"Koronavirus (COVID-19) pandemiyasının təsiri ilə bütün dünyada iqtisadi fəallığın aşağı düşməsi, iqtisadi artım tempinin zəifləməsi xarici ticarət əməliyyatlarına təsir göstərib. Bununla belə, pandemiya Azərbaycanın qeyri-neft ixracına ciddi təsir etməyib".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu "ASAN Radio"nun efirində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib.

"Azərbaycanın üstünlüyü ondadır ki, ixrac etdiyi qeyri-neft məhsullarının tərkibində ərzaq və qida məhsulları üstünlük təşkil edir. Bunların isə həmişə alıcısı var. Odur ki, ixracda nəzərəçarpacaq azalma yoxdur. Qeyri-ərzaq mallarının ixracında isə azalma olmalıdır. Çünki bütün ölkələrdə, o cümlədən Azərbaycanda belər bir vaxtda insanlar qeyri-ərzaq malları almırlar", - o qeyd edib. 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930