SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Azərxalça” ASC xalça istehsalına başlayıb-FOTO

Naxçıvanda  “Azərxalça” ASC xalça istehsalına başlayıb-FOTO
11-02-2019, 16:37 205 dəfə baxılıb

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Naxçıvan filialında xalça istehsalına başlanılıb.

ASC-nin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Naxçıvanın 95 illik yubileyinin qeyd olunduğu 2019-cu ilin quruculuq ərməğanları sırasında “Azərxalça”nın tədarük məntəqəsi də olacaq. “Azərxalça”nın hər iki obyekti – həm xalça emalatxanası, həm də tədarük məntəqəsi çox əlamətdar bir dövrdə fəaliyyətə başlayır. Bunlar Naxçıvanın 95 illik yubileyinə gözəl töhfələrdir.

Bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” ASC-nin rəhbərliyi adından təbrik məktubu oxunub.

Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Tural Səfərov, filialın direktoru Səriyyə Hüseynova, toxuculardan Günay Quliyeva və Səbiyə İsmayılova çıxış edərək, muxtar respublikanın muxtariyyət tarixindən, keçdiyi inkişaf yolundan danışıb, xalçaçılığa göstərilən dövlət qayğısından söz açıblar. Bildirilib ki, 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmasına səbəb olub. Ötən dövrdə naxçıvanlılar bu ulu diyarın qorunub saxlanılması, inkişafı üçün var qüvvələri ilə çalışıblar.

Çıxışlarda qeyd edilib ki, “Azərxalça” ASC-nin Naxçıvan filialının tikintisi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə həyata keçirilib. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulur. Hazırda filialda 80-ə yaxın toxucu çalışır. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunur. Burada Naxçıvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Filialda işləyən toxucular “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Vurğulanıb ki, Naxçıvan xalçalarının bu diyarın keyfiyyətli yunundan toxunması üçün, muxtar respublika ərazisinin flora ehtiyatları, zəngin təbii boyaq bitkiləri nəzərə alınaraq, burada regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsi də yaradılır.

Qeyd edək ki, dövlətimizin başçısının 2016-cı il 5 may tarixli Sərəncamı ilə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ötən dövrdə 20 filialı açılıb.Naxçıvanda  “Azərxalça” ASC xalça istehsalına başlayıb-FOTONaxçıvanda  “Azərxalça” ASC xalça istehsalına başlayıb-FOTO
Naxçıvanda  “Azərxalça” ASC xalça istehsalına başlayıb-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728