SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir müavini: “Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir”

Nazir müavini: “Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi üzərində iş gedir”
11-02-2019, 13:35 136 dəfə baxılıb

"Bu gün alınan yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Burada söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir. Onların aktivləşdirməsi müəyyən prosedur tələb edir".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu jurnalistlərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini qeyd edib ki, hazırda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi sistemi üzərində iş gedir.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrində olan elektron imza üçün ödənişlər mövcud qaydalara uyğun aparılacaq: "Burada əməliyyata görə ödəniş gözlənilmir. Mövcud olan yanaşma orda da tətbiq olunacaq. Yəni, sertifikatın konkret məbləği olacaq. Hazırda bu məsələlərə baxılmamaqdadır, qısa zamanda bu məsələnin həlli gözlənilir".

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728