SON DƏQİQƏ

naxcivanxeberleri.com

Banklar Assosiasiyası online təlim keçirəcək

Banklar Assosiasiyası online təlim keçirəcək
4-04-2020, 14:24

Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə qurumu “ABTC” kiçik və orta biznes subyektlərinin və iri şirkətlərin sahibləri və menecerlərinə “Böhran Şəraitində Biznesin İdarə Edilməsi”mövzusunda ONLİNE təlim keçirəcək.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a ABA-dan məlumat verilib.

Məlumatda bildirilir ki, təlim ödənişsiz təqdim olunur. Təlim canlı olaraq “Skype” platforması üzərindən keçiriləcək.

Təlimi ABTC-nin ekspert təlimçisi Aydın Hüseynov aparacaq.

Təlim aprelin 7-də saat 12.00 – da “Skype” platformasında “ABTC online trainings” istifadəçi adı ilə canlı tədris olunacaq.

Qeyd edək ki, “Skype” üzərindən qoşulma sayının məhdudluğunu nəzərə alaraq, qeydiyyatdan keçmək təklif olunur.

Təlimə qoşulmaq üçün link: https://join.skype.com/gBCOFCGiTNDC

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930