SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixrac həcmi açıqlanıb

Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixrac həcmi açıqlanıb
26-03-2020, 09:25

2020-ci ilin fevralında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin fevralı ilə müqayisədə 38 faiz azalıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,bunu  Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.

Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 2,667 min ton sitrus meyvəsi ixrac edib.

Bu, Türkiyənin ümumi sitrus ixracının 1 faizini təşkil edir.

Fevral ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 830,053 min dollara bərabər olub. Bu, 2019-cu ilin fevralı ilə müqayisədə 45 faiz azdır.

Ötən ay Türkiyə dünya bazarlarına 204,478 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 23 faiz çoxdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930