SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda bu turizm obyektlərinə giriş bağlandı

Azərbaycanda bu turizm obyektlərinə giriş bağlandı
14-03-2020, 11:41

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki turizm müəssisələrinə girişə məhdudiyyət tətbiq edilib.

Bu barədə NAXCİVANXEBERLERİ.COM-a DTA-dən bildiriblər.

Qeyd olunub ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarını rəhbər tutaraq tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyur.

Aşağıda adları qeyd olunan mədəni turizm müəssisələri ölkə ərazisində tətbiq olunan profilaktik sosial izolyasiya tədbirləri müddətində və Operativ Qərargahın xüsusi qaydalarla əlaqədar qəbul edəcəyi növbəti qəraradak ziyarətçilər üçün qapalı olacaq.

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31