SON DƏQİQƏ

naxcivanxeberleri.com

Türkiyədə turizm mövsümünün başlanması koronavirusa görə təxirə salına bilər

Türkiyədə turizm mövsümünün başlanması koronavirusa görə təxirə salına bilər
12-03-2020, 14:41

Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün otellərə turizm mövsümünə martda deyil, aprelin sonlarında başlamağı təklif edib.

 

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə ölkənin Mədəniyyət və Turizm Naziri Mehmet Ersoy deyib.

 

Daha əvvəl Türkiyənin səhiyyə naziri Fahrettin Koca, bu ölkədə koronavirusa yoluxmanın ilk halın olduğunu bildirib.

"Biz hesab edirik ki, keçən illə müqayisədə ölkəmizə gələn turist axınını azaltmaq yaranmış şəraitdə düzgün qərardır. Otellərdə mövsüm mart ayında deyil, aprel ayının sonunda açılmalıdır. Bir həftə ərzində bu sahədə məhdudiyyətlər ilə bağlı qaçılmaz itkilərlə əlaqədar turbiznesə dəstək tədbirləri elan edəcəyik", - M.Ersoy bildirib.

O əlavə edib ki, nazirlik mədəniyyət və turizm sahəsində tədbirləri may ayına keçirir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31