21:18 - Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüşlər davam etdirilir
20:56 - Güləşçimiz Avropa çempionatının finalına yüksəlib
20:21 - Hikmət Hacıyev və Ukrayna Prezidenti Ofisinin rəhbərinin müavini məsləhətləşmələr aparıb
19:42 - Azərbaycanın milli parklarının yaz görüntüləri-FOTO
19:23 - Naxçıvanda birləşmə və hissələrin rabitə bölmələri ilə taktiki məşğələ keçirilib-FOTO-VİDEO
19:10 - Deputat şəhid ailələri ilə görüşdü-FOTO
18:59 - Mühasiblər üçün növbəti təlim keçirilib-FOTO
18:34 - Rusiyada iki alpinist itkin düşüb
18:21 - İstanbulda dünyanın ən böyük Türkiyə bayrağı ucaldılıb
18:17 - AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası olub
17:29 - Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
17:18 - Mövlut Çavuşoğlu: "Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik"
17:12 - Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
17:00 - Naxçıvan Beynəlxalq Hava Limanındataktiki-xüsusi təlim keçirilib -FOTO
Bakının 60%-ni işıqlandıran yarımstansiya yenidən qurulur
“Azərenerji” ASC Bakı və Abşeron yarımadasının 60%-ə yaxın ərazisini elektrik enerjisi ilə təchiz edən və paytaxtdakı əksər 110 kilovoltluq yarımstansiyaları qidalandıran sistem əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” yarımstansiyasını yenidən qurur.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib.
Onun sözlərinə görə, 1953-cü ildə tikildiyindən istismar müddətini çoxdan keçən yarımstansiya, əhalinin o cümlədən iqtisadiyyatın artan tempini qarşılamaq, qəzaların qarşısını almaq, itkiləri azaltmaq, eyni zamanda paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsi məqsədilə avadanlıqlar bütün parametrlər üzrə yenilənir: “Artıq “Xırdalan” yarımstansiyasında 220 və 110 kilovoltluq açıq paylayıcı qurğuların yeni texnologiyalar əsasında yenidən qurulması prosesi və bütövlükdə metal-konstruksiya işləri başa çatıb. Ərazidə yeni inzibati bina tikilib. Burada müasir tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək. Yarımstansiyada işlərin böyük hissəsi artıq yekunlaşıb və yaxın müddətdə işlər tamamlanacaq".
Qeyd edək ki, “Azərenerji” “Reabilitasiya Proqramı” çərçivəsində 12 elektrik stansiyasında və 20 yarımstansiyada kompleks şəklində yenidənqurma, təmir və bərpa işləri həyata keçirir.