SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
4-03-2020, 18:30

2020-ci ilin yanvar ayı üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 335,3 milyon manat təşkil edib ki, onun da 320,3 milyon manatı heyvandarlıq, 15,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,  bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,6 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 12,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 3,2 faiz artıb.

Hesabat ayında quş əti də daxil olmaqla diri çəkidə 41,9 min ton ət, 154,8 min ton süd, 160,3 milyon ədəd yumurta istehsal edilib, 2019-cu ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,9 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 11,2 faiz artıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031