SON DƏQİQƏ

naxcivanxeberleri.com

Vergi və digər ödənişlər iqtisadi inkişafının əsasını təşkil edir

Vergi və digər ödənişlər  iqtisadi inkişafının əsasını təşkil edir
4-03-2020, 15:38

Həyata keçirilən vergi siyasəti vergi ödəyicilərinin maraqlarının gücləndirilməsinə şərait yaratmalı, o cümlədən iqtisadi inkişafın və büdcəyə vergi daxilolmalarının artımının əsasını qoymalıdır. Bu baxımdan muxtar respublikada görülən işlər öz nəticəsinin verməkdədir. Belə ki, 2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 101,8 faiz icra edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 104,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 110,7 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Sahibkarlara verilmiş kreditlər yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, xüsusilə  fərdi sahibkarlığın inkişafına sərf olunub. Hesabat dövründə Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 3 publik hüquqi şəxs, 7 kommersiya hüquqi şəxs və 3 qeyri - kommersiya hüquqi şəxs, həmçinin yerli vergi orqanları tərəfindən 274 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 75,2 faizi muxtar respublika rayonlarının payına düşüb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031