SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda TIR-EPD sisteminin tətbiqinə dair növbəti seminar keçirilib.

Bakıda TIR-EPD sisteminin tətbiqinə dair növbəti seminar keçirilib.
11-12-2018, 16:24

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BYD Konvensiyası ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən daşımalar zamanı BYD ilkin məlumat mübadiləsi sisteminin - TIR-EPD sisteminin tətbiqinə dair seminar keçirilib.

Dövlət Gömrük Komitəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarda komitənin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin əməkdaşları iştirak edib.

Seminar zamanı iştirakçılar komitə sədrinin müvafiq sərəncamına uyğun olaraq 2018-ci ilin 10 dekabr tarixindən 2019-cu ilin 10 yanvar tarixinədək pilot qaydada tətbiq edilməsi nəzərdə tutulan TIR-EPD sistemindən istifadə ilə bağlı təlimatlandırılıb, sistemin fəaliyəti, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi ilə bağlı əməliyyatlar izah olunub.

Bundan başqa, DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin əməkdaşı Rauf Quliyev TIR-EPD sisteminin gömrük orqanlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə inteqrasiyası və tətbiqi barədə iştirakçıları ətraflı məlumatlandırıb.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031