SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bakıda ticarət dövriyyəsi 5%-dən çox artıb

Bakıda ticarət dövriyyəsi 5%-dən çox artıb
28-02-2020, 14:12

Bu ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çox və yaxud 1 697,8 milyon manat olub.

NAXCİVANXEBERLERİ.COM bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə xəbər verir.

Məlumata görə, son bir ildə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 6,5% artaraq 812,5 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 5,7% artaraq 885,3 milyon manata çatıb.

İstehlak məhsullarının 29,2%-i hüquqi şəxs statuslu müəssisələrdə, 19,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 51,3%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031