SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Microsoft" qısa müddət kapitallaşma üzrə liderliyini itirib

5-02-2019, 09:21

"Apple" şirkəti qısa vaxtda kapitallaşma üzrə "Microsoft" və "Amazon"u qabaqlayaraq, Amerika birjasında ən bahalı şirkət olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə "Reuters" bildirib.

Məlumata görə, "Apple"in kapitallaşması bir neçə saniyə 806,6 milyard dollar təşkil edib. Şirkət "Microsoft"un kapitallaşmasını 200 milyon dollar, "Amazon"u 1,2 milyard dollar qabaqlayıb.

Lakin bununla belə, "Microsoft" tezliklə ən bahalı şirkətlərin reytinqindəki birinci yerə qayıdıb.

Xatırladaq ki, yanvarın əvvəlində "Amazon" "Microsoft"u ötərək dünyada ən bahalı şirkət olub.

Daha əvvəl bildirilib ki, "Amazon" korporasiyası 2018-ci ilin yekunu üzrə 10,1 mlrd. dollar məbləğində xalis mənfəət əldə edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2019    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930