SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri sahəsində assosiaasiya yaradıla bilər

Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri sahəsində assosiaasiya yaradıla bilər
27-02-2020, 17:13

Yaxın zamanlarda Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri sahəsində çalışan kiçik və orta biznes subyektlərinin assosiasiyası yaradıla bilər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov “Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər” adlı tədbir zamanı deyib.

O bildirib ki, Azərbaycanda KOB-un inkişafı və təşviq edilməsi məqsədilə çoxsaylı dövlət dəstəyi mexanizmləri mövcuddur və bu mexanizmlər vasitəsilə onlara çoxsaylı güzəştlər və imtiyazlar verilir:

“Yaradıcı və mədəniyyət sənayeləri sahəsində çalışan KOB subyektlərinin belə dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsini zəruri hesab edirik. Bundan başqa, yaradıcı və mədəniyyət sənayeləri sahəsində çalışan KOB subyektlərinin təşkilatlanması, onların assosiasiyasının yaradılmasını məqsədəuyğun hesab edirik”.

O.Məmmədovun sözlərinə görə, bu sahədə həmçinin yeni təşkilati modellərin yaradılması, xüsusilə yaradıcı və mədəniyyət sənayeləri üzrə Startap Biznes Mərkəzlərinin, klasterlərin yaradılması və bunun təşviq edilməsi məqsəduyğun hesab olunur və Agentlik bu proseslərə öz mandatı çərçivəsində dəstək ola bilər:

“Ötən il KOBİA tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərinə 8000-dən çox KOB subyekti cəlb olunub və bu il ərzində də belə tədbirlər davam etdiriləcək”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031