SON DƏQİQƏ

naxcivanxeberleri.com

VÖEN-i necə aça bilərik?

VÖEN-i necə aça bilərik?
25-02-2020, 11:00

Sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) sahibkarlıq fəaliyyətinə başlanan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.
Vergi orqanları tərəfindən fiziki şəxslərin vergi uçotuna alınması elektron və (və ya) kağız formatda aparılır. Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyicisi vergi uçotu haqqında ərizə və fiziki şəxsin şəxsiyyət vəsiqəsinin surəti ilə yaşadığı yer üzrə ( şəxsiyyət vəsiqəsində göstərilən) vergi orqanına müraciət etməlidir. Vergi ödəyiciləri olan fiziki şəxslər uçota alındıqda, onların şəxsi məlumatlarına, o cümlədən onların adı, doğulduğu tarix və yer, cinsi, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin məlumatları, vətəndaşlığı haqqında məlumat daxil edilir. Müvafiq sənədlər vergi orqanında daxil olduğu gündən sonrakı 1 gün müddətində fiziki şəxs ödənişsiz olaraq vergi uçotuna alınır və fiziki şəxsə 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) verilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəd olmaqla, vergi ödəyicisinə bir dəfə verilir və onda saxlanılır.
Fiziki şəxslər http://vergi.nakhchivan.az səhifəsinə daxil olmaqla İnternet Vergi İdarəsi Portalında elektron qeydiyyatdan keçməklə vergi uçotuna alına bilərlər. Fiziki şəxslərin elektron formada vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Elektron qaydada müraciət etmək üçün fiziki şəxsin gücləndirilmiş elektron imzası olmalıdır. Qeyd edilən bölməyə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil olunur və elektron ərizə formasını dolduraraq onlayn rejimdə göndərilir. Bu zaman ərizədə olan məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imzadan istifadə olunmaqla imzalandığı andan fiziki şəxs vergi uçotuna götürülərək ona 10 rəqəmli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin kağız daşıyıcılarda alınması üçün vergi ödəyicisinin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə Dövlət Vergi Xidmətinin müvafiq yerli vergi orqanına müraciət edilməli və xüsusi kitabda imza edilməlidir.


Naxçıvan Muxtar Respublikası Dövlət Vergi
Xidmətinin mətbuat xidməti

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2020    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031