SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib

Azərbaycan 6,6 mln. ABŞ dolları məbləğində polipropilen ixrac edib
22-02-2020, 16:00

Bu ilin yanvar ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 8,036 min ton həcmində polipropilen ixrac edib.

NAXCİVANXEBERLERİ.COM -un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə polipropilenin dəyəri 6,591 mln. ABŞ dolları təşkil edib.

Polipropilenin yanvar ayında qeyri-neft sektoru üzrə ixracda payı 4,68% olub.

Xatırladaq ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Polipropilen Zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930