SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın magistral neft kəmərləri ilə 3,3 milyon ton neft nəql edilib

Azərbaycanın magistral neft kəmərləri ilə 3,3 milyon ton neft nəql edilib
17-02-2020, 19:43

Bu ilin yanvar ayında Azərbaycanın magistral neft kəmərləri ilə 3 251,4 min ton neft nəql edilib.

NAXCİVANXEBERLERİ.COM Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral neft kəmərləri ilə nəqletmənin həcmi ötən ilin yanvar ayından 5,4% azdır.

Ötən ay magistral neft kəmərləri ilə nəqletmənin 80,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Belə ki, cari ilin yanvar ayı ərzində bu kəmər vasitəsilə 2 628,4 min ton neft ötürülüb. Bu isə 2019-cu ilin yanvar ayından 6,6% azdır. Dövr ərzində BTC kəməri ilə 382,3 min ton (11,5% az) tranzit nefti də nəql edilib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

Azərbaycan nefti illik ötürücülük qabiliyyəti 7 mln. ton olan Bakı-Supsa kəməri, həmçinin Bakı-Novorossiysk kəməri ilə də nəql edilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031