SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda qaz hasilatı artıb

Azərbaycanda qaz hasilatı artıb
17-02-2020, 18:53

Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 206,5 min ton xam neft hasil edilib.

NAXCİVANXEBERLERİ.COM-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 3 201,7 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin ilk ayında xam neft hasilatının həcmi ötən ilin ilk ayından 3,8% azdır.

Bu ilin yanvar ayında Azərbaycanda 3 496,3 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 14,2% çoxdur. Hasil edilən təbii qazın 2 412,7 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik qaz hasilatı yanvar ayında ötən ilin yanvar ayından 21,1% çox olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930