SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Azerbaijan Golden Kids Awards 2020" mükafatlandırma mərasimi baş tutacaq

14-02-2020, 13:30

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Beynəlxalq "Azerbaijan Golden Kids Awards 2020" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, Azərbaycan Könüllər İctimai Birliyi tərəfindən sayca 3-cü dəfə baş tutacaq “Azerbaijan Golden Kids Awards" layihəsi artıq sərhədləri aşaraq bu il beynəlxalq status aldı. Belə ki, layihəyə Türkiyə, Ukrayna və s. ölkələrdən istedadlı uşaqlar da qonaq gələcəklər.

Azərbaycan Könüllər İctimai Birliyinin Mədəniyyət Departamentiin rəhbəri Ülviyyə Bəbirlinn vəd verdiyi kimi, “Azerbaijan Golden Kids Awards" ilbəil genişlənərək “Altın Kələbək”, “Oscar” kimi böyük formatlı layihələr qədər böyümək niyyətindədir.

Layihədə 5 yaşdan 16 yaşadək uşaqlar iştirak edə bilərlər. Bu günə kimi müxtəlif kreativ uşaq layihələrini reallaşdıran təşkilatçılar aşağıdakı nominasiyalar üzrə uşaq qəbulunu açıq elan ediblər.

Ən yaxşı rəssam
Ən yaxşı vokal ifaçı
Ən yaxşı pop ifaçı
Ən yaxşı pop qrup
Ən yaxşı model
Ən yaxşı pianoçu
Ən yaxşı skripka ifaçısı
Ən yaxşı uşaq xoru
Ən yaxşı rəqqas
Ən yaxşı rəqs ansamblı
Ən yaxşı aktyor
Ən yaxşı aparıcı
Ən yaxşı şahmatçı
Ən yaxşı idmançı

Layihə rəhbəri Ülviyyə Bəbirli qeyd edib ki, nominantların tanıtım posterləri sosial şəbəkələrdə və mediada mart, aprel və may ayları ərzində təqdim olunacaq. Gala gecə isə öz maraqlı şousu ilə diqqət çəkəcək.

Layihədə yalnız müsabiqə laureatları iştirak edə biləcəklər. Məqsəd istedadlı, bayrağımızı uca tutan fəxrlərimizə təşəkkür əlaməti olaraq "Golden Kids Awards" kubokunu təqdim etməkdir.
Layihənin şərtləri isə çox sadədir.

Layihədə iştirak etmək istəyən uşaqların video materialları və tərcümeyi hallarını [email protected] elektron ünvanına göndərmək lazımdır. Ən əsas şərt isə əldə olunan nailiyyətlərdir. Axı bu ödüllər motivasiya xarakteri daşıyır və istedadlı balalar əldə etdikləri nailiyyətlərə əsasən mükafatlandırılırlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829