SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər

Azərbaycan və Türkiyə birgə kənd təsərrüfatı müəssisələri yarada bilər
11-12-2018, 12:06

“Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yarada bilər".

Bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes-forumunda kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazirin sözlərinə görə, iqtisadi sahə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir.

“Ötən illər ərzində iqtisadi əlaqələrdə müsbət dinamikanın şahidi olmuşuq. 2017-ci ildə Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı məhsullarının ümumi ticarət dövriyyəsinin dəyəri 192 mln. ABŞ dolları təşkil edib. 2013 -2017-ci illərdə Azərbaycandan Türkiyəyə ixrac edilən aqrar məhsullarının həcmi 65,3% artıb", - İ.Kərimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda aqrar biznes böyük potensiala malikdir: “Kənd təsərrüfatı fəaliyyəti bütövlükdə vergidən azad edilib. Türkiyənin işgüzar dairələri üçün emal və istehsal sahələri var. Bu imkanlardan istifadə edərək birgə müəssisələr yaratmaq mümkündür. Türkiyəli nazirlə görüşlərdə bu barədə müzakirələr aparılıb. Belə qənaətə gəldik ki, iki ölkənin toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlıq imkanları genişdir".

İ.Kərimov həmçinin deyib ki, biznes-forum çərçivəsində iki ölkənin şirkətləri arasında ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulur.(report)

gulnar

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31