SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi artıb

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi artıb
2-02-2020, 10:20

2019-cu ilin dekabr ayında Azərbaycanda əmanətlərin ümumi həcmi 24,746 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,6 faiz çoxdur.

NAXCİVANXEBERLERİ.COM-un Azərbaycanın Mərkəzi Bankının hesabatına istinadən verdiyi məlumata görə, qeyri-maliyyə təşkilatlarının əmanətlərinin həcmi 2018-ci ilin dekabr ayına nisbətən 16,9 faiz artaraq 14,381 milyard manat olub.

Fiziki şəxslərin əmanətlərinin həcminə gəldikdə isə, burada da 3 faiz, 8,64 milyard manata qədər artım müşahidə olunur.

2019-cu ilin dekabr ayının nəticələrinə görə, xarici valyutadakı əmanətlər 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 15,09 milyard manat təşkil edib.

Milli valyutadakı əmanətlər də 2018-ci ilin dekabr ayına görə 21,5 faiz artaraq 9,6655 milyard manata çatıb.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930