SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kamran Nəbizadə Rusiyanın “Metalinvest - K” şirkətinin direktoru ilə görüşüb

Kamran Nəbizadə Rusiyanın “Metalinvest - K” şirkətinin direktoru ilə görüşüb
29-01-2020, 19:10

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə ilə Rusiyanın “Metalinvest - K” şirkətinin direktoru Aleksandr Matveyevin başçılıq etdiyi nümayəndə heyəti arasında işgüzar görüş keçirilib.

ASC-dən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə Korporasiyanın “Strateji inkişaf və kommersiya” departamentinin rəhbər heyəti, eləcə də “Ask Şüşə” MMC-nin əməkdaşları və “Metalinvest – K” şirkətinin mühəndis və layihə rəhbərləri iştirak edib. Görüş zamanı innovativ mərkəzdənqaçma elektrik dalma nasoslarının istehsalı ilə məşğul olan “Metalinvest – K” şirkətinin nümayəndələri ölkəmizin istehsalat sahələrində, əsasən də neft sektorunda bu qurğuların sınaq təcrübələrini həyata keçirmək niyyətində olduqlarını bildiriblər. Həmin qurğuların Azərbaycanda istehsalının təşkili və birgə müəssiələrin qurulması eləcə də investisiya yatırımının perspektivləri də görüşdə müzakirə olunub. Şirkətin daha bir fəaliyyət istiqaməti ağıllı şəhər konsepti üçün nəzərdə tutulan texnoloji həllərin həyata keçrilməsindən ibarətdir. Bu texnoloji həllər elektrik, qaz, su və digər xərclərə nəzarət, təhlükəsizlik sisteminin qurulması və uzaqdan idarə edilməsi, istehsal sahələrinin monitorinqinin elektron şəkildə aparılması, anbarların avtomatlaşdırılması, eləcə də avadanlıqların monitorinqinin aparılmasına imkan yaradır. Təklif olunan bu texnoloji həllərin gələcəkdə Korporasiyanın müxtəlif istehsalat sahələrində tətbiqi məsələsi də görüşün müzakirə mövzularından olub.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031