SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ukrayna ötən il Azərbaycandan 310 mln. dollarlıq xam neft alıb

Ukrayna ötən il Azərbaycandan 310 mln. dollarlıq xam neft alıb
28-01-2020, 13:12

Ukrayna 2019-cu ildə Azərbaycandan ümumi məbləği 309,44 mln. ABŞ dolları olan xam neft alıb.

NAXCİVANXEBERLERİ.COM Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin məlumatında deyilir.

Bildirilir ki, bu, Ukraynanın ümumilikdə idxal etdiyi məhsulun 76,26 faizinə bərabərdir.

Ümumilikdə, 2019-cu ildə Ukrayna 28,8 min ton xam neft idxal edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 3,1% çoxdur. Ötən il ümumilikdə 405,75 mln. dollarlıq xam neft idxal edilib ki, bu da daha əvvəlki 2018-ci illə müqayisədə 6% azdır.

Belə ki, ötən il ərzində Ukrayna ABŞ-dan ümumi dəyəri 91 mln. dollar, Qazaxıstandan 2,6 mln. dollar, digər ölkələrdən isə 2,71 dollarlıq xam neft idxal edib.

2019-cui il ərzində isə Ukrayna 0,103 min ton xam neft ixrac edib ki, onun da ümumi dəyəri 0,053 mln. dollar təşkil edib. Bütün ixrac həcmləri iyunda Latviyaya yönləndirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829