SON DƏQİQƏ

naxcivanxeberleri.com

ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb

ADY ilk dəfə olaraq karbamidin 40 futluq konteynerlərlə daşınmasına başlayıb
24-01-2020, 19:29

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda yerləşən Karbamid zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq.

NAXCİVANXEBERLERİ.COM bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-yə istinadən xəbər verir. Məlumata görə, daşımanı “ADY Konteyner” həyata keçirir. Ümumilkdə 1000 ton karbamidin Türkiyədəki alıcıları "Sirkenli Tarım Urunleri Tic. ve San. A.Ş" və "Voltrade Ithalat Ihracat San. ve Tic. A.S." şirkətləridir.

Bu gün “ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatar 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

Yaxın aylar ərzində bu marşrutla Türkiyəyə ümumilkdə 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib.

Zavod il ərzində 435 mln. kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829