SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Avro-2020" ilə əlaqədar turizm şirkətləri üçün seminar təşkil olunub

24-01-2020, 17:30

Yanvarın 24-də Bakı Olimpiya Stadionunda Azərbaycan Turizm Bürosu və Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən Əməliyyat Qrupunun birgə təşkilatçılığı ilə yerli turizm şirkətləri üçün seminar təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarda 40-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.

Tədbirin keçirilməsində məqsəd yerli turizm agentliklərinə Avro-2020-nin Bakıda keçiriləcək 3 oyunu (Uels – İsveçrə, Türkiyə – Uels, İsveçrə – Türkiyə) və 1/4 final qarşılaşmasına hazırlıq prosesi barədə məlumat vermək, turistlərin Azərbaycana cəlb edilməsi baxımdan mümkün əməkdaşlıq və dəstək məsələlərini müzakirə etmək olub.

Yerli Əməliyyat Qrupunun nümayəndələri tədbir zamanı fan-zona, bilet satışı, nəqliyyat, oyunlara ev sahibliyi edəcək Bakı Olimpiya Stadionu və ümumi hazırlıqlarla bağlı müxtəlif təqdimatlarla çıxış ediblər.

Azərbaycan Turizm Bürosunun nümayəndələri də öz növbələrində turizm infrastrukturunun oyunlara hazırlığı barədə tədbir iştirakçılarını məlumatlandırıblar. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb, Avro-2020 oyunlarının rəsmi maskotu Skillzy-nin təqdimatı həyata keçirilib və qonaqlar üçün Bakı Olimpiya Stadionunda xüsusi tur təşkil olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829