SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan hökuməti ötən il 8 şəhərin Baş Planını təsdiqləyib

Azərbaycan hökuməti ötən il 8 şəhərin Baş Planını təsdiqləyib
24-01-2020, 16:41

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2019-cu ildə paytaxt Bakı ilə yanaşı digər şəhərlərin də Baş Planlarının və müfəssəl planlaşdırma layihələrinin işlənilməsini davam etdirib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Komitənin sədri Anar Quliyev qurumda keçirilən geniş kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, ötən il Nazirlər Kabineti Şəmkir, Göygöl, Xaçmaz, Salyan, Masallı, Tovuz, Quba və Biləsuvar şəhərlərinin Baş Planlarını təsdiq edib. Hazırda Komitənin sifarişi əsasında Bakı ilə yanaşı hazırlanmasına 2018-ci və 2019-cu illərdə start verilmiş daha 10 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad, Kürdəmir, Goranboy, Gədəbəy, Astara və Gəncə) baş planlarının hazırlanması işi müxtəlif mərhələlərdə davam etdirilir. Eyni zamanda, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının sifarişləri əsasında hazırlanan daha 10 şəhərin (Şəki, Qax, Ağsu, Yevlax, Sumqayıt, Ağstafa, Xırdalan, Şamaxı, Mingəçevir, Salyan) ərazilərini əhatə edən müfəssəl plan layihələri hesabat dövründə Komitədə təhlil edilib, bir hissəsi ilə bağlı rəylər bildirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829