SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ötən il Azərbaycana “Lada” avtomobillərin idxalı 40% artıb

Ötən il Azərbaycana “Lada” avtomobillərin idxalı 40% artıb
24-01-2020, 14:39

2019-cu il ərzində Rusiyadan Azərbaycana 1 600 ədəd “Lada” avtomobili gətirilib.

NAXCİVANXEBERLERİ.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, daha əvvəlki ilin nətincələri ilə müqayisədə 40% çoxdur.

Ümumilikdə isə “AvtoVAZ” avtomobil istehsalı şirkəti 2019-cu ildə 50 min ədədə yaxın avtomobil ixrac edib. Bu da 2018-ci ilin nəticələri ilə müqayisədə 32% çoxdur.

Rusiya avtomobillərinin əsas idxalçısı Belarus olub. Belə ki, ötən ildə bu ölkəyə 16 min ədəd Rusiya avtomobili idxal edilib ki, bu da daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə 53% çoxdur.

Qazaxıstana da ötən il “Lada” avtomobillərinin idxalı daha əvvəlki illə müqayisədə 14% artaraq 15 min ədəd təşkil edib. Bu ölkələrdə “Lada” №1 brend hesab edilir və onların bu ölkələrdəki payı müvafiq olaraq 25,7 və 21,8% təşkil edir.

Qeyd edək ki, ötən ilin yazında “AvtoVAZ” Monqolustan bazarına daxil olub. Bundan başqa, 2019-cu ildə Rusiya avtomobillərinin yeni nəsil “LADA Granta” modelinin Misirdə istehsalına və satışlarına başlanılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829