SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda aqrobioloji müxtəlifliyin mühafizəsi ilə bağlı layihənin icrasına başlanılır

Azərbaycanda aqrobioloji müxtəlifliyin mühafizəsi ilə bağlı layihənin icrasına başlanılır
24-01-2020, 13:30

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Global əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi çərçivəsində görüş keçirilib.

NAXCİVANXEBERLERİ.COM bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə layihə rəhbəri Fərid Abbasov, kənd təsərrüfatı üzrə mütəxəssis Mehrac Abbasov, layihənin ekspertləri Elməddin Namazov və Xanbala Rüstəmov iştirak ediblər.

Layihə çərçivəsində aqrobiomüxtəlifliyin in situ və ex situ mühafizəsi komponenti daxilində milli genbankda nümunələrin saxlanılma şəraitinin yaxşılaşdırılması üzrə avadanlıqların alınması, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Bioresurslar İnstitutlarında olan kolleksiyaların saxlanılmasına dəstəyin göstərilməsi, hədəf rayonlarda və respublikanın cənub bölgəsində ekspedisiyaların davam etdirilməsi, toplanılmış bitki nümunələrinin tarla genbanklarında çoxaldılması, biomorfoloji əlamətlər əsasında qiymətləndirilməsi, əlamət və özək kolleksiyalarının yaradılması və Milli Genbankda saxlanılmasının təmin edilməsi haqqında müzakirələr aparılıb.
Tarla genbanklarında müşahidələrin aparılması, fermerlərə dəstəyin davam etdirilməsi, onların məlumat bazasının zənginləşdirilməsi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə danışıqların davam etdirilməsi, yeni bağın salınması və kolleksiya bağına dəstəyin göstərilməsi həyata keçirilməsi qərara alınıb.

Qeyd edək ki, sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Genbankına baxış keçirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829