SON DƏQİQƏ

naxcivanxeberleri.com

SOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edib

SOCAR ötən il Bakı-Novorossiysk kəməri ilə 824 min ton neft nəql edib
23-01-2020, 12:26

2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Şimal (Bakı-Novorossiysk) neft kəməri ilə824,4 min ton həcmində neft ixra edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.

Hesabata əsasən, bu göstərici 2018-ci illə müqayisədə 473,6 min ton və yaxud 36,5% azdır.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına (Qara dəniz) nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829